Bakıda evləri su basdı

11:00 | 25.01.2015
Bakıda evləri su basdı

Bakıda evləri su basdı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolması və vətəndaşların evdən çıxmasının çətinləşməsi ilə bağlı müraciət daxil olub. 


 FHN xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.


Əməliyyat saat 06:22-də başa çatıb.
 
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür