Bakıda evləri su basdı, 8 nəfər təhlükəli anlar yaşadı

19:54 | 02.01.2015
Bakıda evləri su basdı, 8 nəfər təhlükəli anlar yaşadı

Bakıda evləri su basdı, 8 nəfər təhlükəli anlar yaşadı

Məlumatı FHN-in rəsmi saytı yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonuda su kəmərinin deşilməsi nəticəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolması və insanların evlərdə köməksiz vəziyyətdə qalmaları barədə məlumat daxil olub. 

FHN-in rəsmi saytında yerləşdirilmiş xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 8 nəfərə müvafiq köməklik göstəriblər.
 
ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM