Bakıda faciəvi olay: Gənc oğlan öldü

14:00 | 31.08.2014
Bakıda faciəvi olay: Gənc oğlan öldü

Bakıda faciəvi olay: Gənc oğlan öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Oxu.Az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospektində çoxmərtəbəli bina tikintisi zamanı “Elbay” MMC-nin əməkdaşlarından biri hündürlükdən yıxılıb. 

Şirkətdə fəhlə kimi çalışan Şabran rayonu sakini, 22 yaşlı Gülliyev Dilqəm Yaşar oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

OXU.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM