• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakıda fransızsayağı metro - Şad xəbər

Bakıda fransızsayağı metro - Şad xəbər
01.02.2014 15:00

Bakı Metropoliteninin beş stansiyasında (“Nizami”dən “Memar Əcəmi”yə qədər) avadanlıqların modernləşdirilməsi nəzərdə tutulur.Bu barədə “APA-Economics”ə “Thales” (Fransa) şirkətinin Rusiya və MDB ölkələrində təhlükəsizlik və nəqliyyat sahəsində biznesin inkişafı üzrə direktoru Sergey Romanets məlumat verib. Onun sözlərinə görə, şirkət sözügedən məsələ ilə bağlı Bakı Metropoliteni ilə fəal əməkdaşlıq edir: “Hazırda Azərbaycan bizim üçün vacib istiqamətdir. Bakı metrosu sürətlə inkişaf edir və metropoliten rəhbərliyi ən müasir texnologiyaların istifadəsində maraqlıdır”. S.Romanets qeyd edib ki, beş stansiyada avadanlıqların modernləşdirilməsi 12-18 ay ərzində gerçəkləşdirilə bilər. Eyni zamanda Bakı Metropoliteninin Dərnəgüldə tikilməkdə olan deposunda və çəhrayı xəttinin stansiyalarında da avadanlıqlar modernləşdiriləcək. Bu stansiyalarda CBTC (qatarların hərəkətinə nəzarət) sistemi və təhlükəsizlik qapıları quraşdırılacaq. Bütün bunlar qatarlar arasındakı intervalı 60 saniyəyə qədər azaltmağa, sərnişin axınını və təhlükəsizliyi yaxşılaşdırmağa imkan verəcək. Hər bir stansiya üçün CBTC texnologiyasının qiyməti isə 1-1,5 mln. avro təşkil edəcək. Qeyd edək ki, “Thales” şirkətinin dünyanın 65 ölkəsində nümayəndəliyi var. şirkət müdafiə və təhlükəsizlik, yerüstü və hava nəqliyyatı sahəsində texnologiya və avadanlıqlar təqdim edir.ANN.Az 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
İqtisadiyyat 16:00
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
İqtisadiyyat 15:26
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Avro və rubl azalıb - Günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro və rubl azalıb - Günün məzənnəsi
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol