Bakıda güclü külək olacaq - DİQQƏT

14:10 | 26.07.2014
Bakıda güclü külək olacaq - DİQQƏT

Bakıda güclü külək olacaq - DİQQƏT

İyulun 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilirEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində isə 26-27 dərəcə isti təşkil edəcək.Sabah Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM