Bakıda gecə dəhşəti: 1 ölü, 6 yaralı

11:41 | 18.08.2014
Bakıda gecə dəhşəti: 1 ölü, 6 yaralı

Bakıda gecə dəhşəti: 1 ölü, 6 yaralı

Bu gecə saat 00:28 radələrində Bakının Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə “Qismət” şadlıq sarayının yaxınlığında qeydə alınıb.Qəza zamanı 6 nəfər ağır yaralanıb, bir nəfər isə hadisə yerində keçinib.Yaralılar 46 yaşlı Aybəniz Ələkbərova, 25 yaşlı Tural İbrahimov, 2 aylıq Xədicə Qasımova, 22 yaşlı Aidə İbrahimova, 3 yaşlı Namiq İbrahimov, 28 Kəmalə Qasımova ağır yaralı halda xəstəxanaya yerləşdiriliblər.Hadisə zamanı yaşı təxminən 45 olan, kimliyi hələlik dəqiqləşdirilməyən qadın dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM