Bakıda hamilələr üçün pulsuz taksi- FOTO

13:55 | 27.06.2014
Bakıda hamilələr üçün pulsuz taksi- FOTO

Bakıda hamilələr üçün pulsuz taksi- FOTO

Bakıda Cəmaləddin Qaracayev adlı taksi sürücüsünün atdığı addım hər kəsi heyrətləndirib. 
 
"Qafqazinfo" xəbər verir ki, o, taksiyə maraqlı elan yerləşdirib. Belə ki, elanda qeyd olunur ki, "Hamilə və 1 yaşına qədər uşaqlı valideynlərə taksidə gediş haqqı pulsuzdur". 
Taksi sürücüsü isə etdiyi hərəkəti belə qiymətləndirib: "Hamı mənə dəli, xəstə kimi baxır, amma yox mən elə deyiləm. Mənim üçün puldan önəmli insanlara hörmət eləmək, onları çətin anda başa düşmək vacibdir. Ona görə də hamilə və 1 yaşından kiçik uşağı olan qadınları taksimdə pulsuz aparıram. Hətta mənə imkansız bir vətəndaş yaxınlaşıb pulsuz onu harasa getmək istəsə canla-başla kömək edərəm. Bəlkə, nə vaxtsa mənim də nəvələrimə bu yaxşılıq qayıdar. Bu mənim seçimimdir!"
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu foto geniş müzakirələrə səbəb olub. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM