Bakıda həbsxanada qanlı dava: ölən var

16:59 | 24.09.2014
Bakıda həbsxanada qanlı dava: ölən var

Bakıda həbsxanada qanlı dava: ölən var

Bakı həbsxanasında ölümlə nəticələnən dava baş verib. ANN.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qanlı hadisə baş verib.Həmin həbsxanada cəza çəkən Əmrahov Vüqar Şahismayıl oğlu və qardaşı Anar Əmrahov digər məhbus Elşən Əliyevlə mübahisə ediblər. Mübahsiə daha sonra dava-dalaşa çaverilib və qardaşlar E.Əliyevə kətillə bir neçə zərbə endiriblər.Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E.Əliyev 4 gün sonra keçinib.Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.Qeyd edək ki, hadisəni törədən qardaşlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), qətlə yetirilən E.Əliyev isə 234-cü (narkotik vasitələr) maddəsi ilə məhkum edilibmiş.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM