Bakıda həbsxanada yanğın

09:02 | 22.09.2014
Bakıda həbsxanada yanğın

Bakıda həbsxanada yanğın

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib. ANN.Az xəbər verir ki, hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib. Penitensiar xidmətin şəxsi heyətinə həyacan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub.Operativ olaraq hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar.Hadisə vaxtı xəsarət alan olmayıb.Fakt üzrə Penitensiar xidmət tərəfindən xidməti araşdırma, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təhqiqat aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM