Bakıda həkim qız yoxa çıxdı

16:54 | 03.04.2015
Bakıda həkim qız yoxa çıxdı

Bakıda həkim qız yoxa çıxdı

Bakıda həkim itkin düşüb.

ANN.Az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, martın 16-da, saat 19:30 radələrində Bakı sakini, 1987-ci il təvəllüdlü Təranə Hacıyeva həkim işlədiyi Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 2 saylı Poliklinikadan özünə məxsus "Mercedes" markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq naməlum istiqamətdə hərəkət edib.

Avtomobil martın 17-də, saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılsa da, xanım sürücüdən isə hələ də xəbər yoxdur.

Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsindən həkimin yoxa çıxması ilə bağlı məlumatı Qafqazinfo-ya təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq Şöbəsində araşdırma aparılır.

Poliklinikadan bildirib ki, həkim 2 həftədir işə çıxmır. Harada olması barədə məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM