Bakıda I Milli Vikipediya Forumu keçirildi - FOTOLAR

09:57 | 12.03.2014
Bakıda I Milli Vikipediya Forumu keçirildi - FOTOLAR

Bakıda I Milli Vikipediya Forumu keçirildi - FOTOLAR

Virtual azad ensiklopediya olan "Vikipediya"nın yaşı az olsa da, hazırda dünyanın ən populyar 5 internet saytından biri hesab olunur.

Maraqlı məqam odur ki, digər 4 sayt böyük sərmayələr vasitəsi ilə formalaşdığı halda "Vikipediya"da tam könüllülük prinsipi əsasında informasiya bazası təkmilləşdirilir. Son hesablamalara görə, "viki-cəmiyyət" artıq 44 milyon insanı özündə birləşdirir.

ANN.Az xəbər verir ki, ötən həftəsonu Azərbaycanda ilk dəfə I Milli Vikipediya Forumu keçirildi. Tədbir "Park İNN"də baş tutdu.Azərbaycan Vikipediyası 2004-cü ilin aprelindən fəaliyyətə başlayıb və hazırda 70 min istifadəçi qeydiyyatdan keçib. Azərbaycan "Vikipediya"sında 98 956 məqələ cəmləşib. Son illər  Azərbaycan "Vikipediya"sında məqələ sayının artım tempi zəifləyib və bu, bir çox ölkələrin Azərbaycandan önə keçməsi ilə nəticələnib. Bu ölkələr Ermənistan, Özbəkistan, Qazaxıstan və Gürcüstandır.Forumda bu və digər problemlərin müzakirəsi aparılıb. İlk öncə Azərbaycan "Vikipediya"sının inkişaf dinamikası haqqında Milli Məclisin üzvü, deputat Aydın Mirzəzadə, Xəzər Universitetinin təsisçisi şair və ədəbiyyatşünas Hamlet İsaxanlı,"Vikipediya" idarəçisi İradə Ələkbərova və sosial media üzrə ekspert Rasim Mahmudov öz fikirlərini səsləndiriblər.Aydın Mirzəzadə "Vikipediya"da olan “dərinlik” meyarlarından danışıb. Onun sözlərinə görə, ensklopedik saytlarda müşahidə edilən dərinlik məqalələrin və redaktələrin sayı  ilə müzakirələrin sayı arasındaki fərqdən əldə edilir. Ən yüksək dərinlik ingilisdilli "Vikipediya"ya məxsusdur. Bu dərinlik rəqəmlə ifadə olunsa, ingilisdilli ensklopedik məlumatların dərinliyi 800 edir .Azərbaycan "Vikipediya"sının dərinliyi 30-dur. Amma bizim düşmənimiz olan ermənilərin "Vikipediya"sı 39 dərinliyə malikdir. Ərəb, fars, türk dilində olan "Vikipediya"ların dərinliyi 200-300 arasındadır.Hamlet İsaxanlı öz çıxışında rus və ingilis "Vikipediya"larında Azərbaycanla bağlı yazıların yerləşdirilməsi zamanı ortaya çıxan problemlərdən bəhs edib. Onun sözlərinə görə, problemlər daha çox mənbələrlə bağlıdır. İstifadəçilər sovet və Azərbaycan mənbələrindən istifadə olunaraq  yazılmış məqaləni qeyri-ciddi hesab edir və çox vaxt onu silirlər.Forumda azərbaycandilli "Vikipediya"da mövcud problemlər və onların həlli yolları ilə bağlıda müzakirələr aparılıb. Mövzu ilə əlaqəli Orxan Quliyev("Vikimediya Azərbaycan"ın təmsilçisi), Rəşad Əliyev(Xəzər Universiteti İT Məktəbinin rəhbəri), Fərid Sadıxlı(“ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri), Elgün Atalıyev("Vikipediya" idarəçisi) çıxışlar ediblər. Tədbirdə səsləndirilən əsas sevindirici məqamlardan biri o idi ki, bu yaxınlarda Azərbaycan "Vikimediya"sının yaradılacaq.Mövcud çətinliklərdən biridə 10 cildlik Azərbaycan ensiklopediyasında olan məlumatların "Vikipediya"da yerləşdirmək icazəsinin olmamasıdır. Tədbirdə səslənən təkliflərdən biri də bununla bağlı idi. Bildirildi ki, əgər bu məsələ həll olunarsa, yetərincə böyük irəliləyiş əldə etmək mümkündür.Verilən sual və təkliflər əsasında forumun yekununda idarəçi Nihat Vəlizadə təkliflər paketini hazırlayaraq iştirakçılara təqdim edib. 100-dən  artıq təklif və rəylərin gələcəkdə İşçi Qrup tərəfindən işlənilib hazırlanması planlaşdırılır.Namik Man-TaşANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM