Bakıda idmançılar arasında qanlı dava: 3 yaralı

11:33 | 06.08.2014
Bakıda idmançılar arasında qanlı dava: 3 yaralı

Bakıda idmançılar arasında qanlı dava: 3 yaralı

Dünya çempionatının mükafatçısı 3 nəfəri bıçaqlayıb 

Bakıda 3 nəfər bıçaqlanıb. Lent.az-ın məlumatına görə, avqustun 5-də axşam saatlarında Xətai rayon, Nəsrəddin Tusi küçəsi 19 saylı binanın qarşısında 3 nəfər bıçaqlanıb. Belə ki, 1977-ci il təvəllüdlü Cəfərov Azər Akif oğlu, onun qardaşı, 1986-cı il təvəllüdlü Cəfərov Aslan Akif oğlu və 1979-cu il təvəllüdlü Telman Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

İlkin araşdırmalarla hər 3 şəxsin 1988-ci il təvəllüdlü Qorçuyev Cavidan Bayram oğlu tərəfindən bıçaqlanması müəyyən edilib. Yaralılardan Aslan Cəfərovun vəziyyəti daha ağırdır.

 

Bildirilir ki, dava edən şəxslər idmançılardır. 3 nəfəri bıçaqlayan C.Qorçuyev peşəkar kikboksçudur. O, Azərbaycan yığmasının heyətində dünya çempionatında medal qazanmış idmançılardandır.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisənin konkret səbəbləri hələlik açıqlanmır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM