Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb

16:38 | 03.09.2013
Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb

Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb

Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb.SalamNews xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.O bildirib ki, BEGOC adlanan şirkətin CEO-su və 14 müxtəlif istiqamət üzrə departamentləri var. Onlardan biri də mətbuat üzrədir. Nazirin sözlərinə görə, xarici mütəxəssisin başçılıq edəcəyi sektorda yerli və təcrübəli media nümayəndələrinin də yer alacaq: “Sentyabrın axırınadək bu qurum tam formalaşacaq, bütün cavabdeh şəxslər müəyyənləşəcək. Bu işlərə sizin də dəstəyinizi gözləyirik.”ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM