Bakıda kəsilmiş insan ayağı tapıldı

20:48 | 26.02.2014
Bakıda kəsilmiş insan ayağı tapıldı

Bakıda kəsilmiş insan ayağı tapıldı

Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində kəsilmiş insan ayağı tapılıb.Lent.az xəbər verir ki, Neapol dairəsindən Qaraçuxur qəsəbəsinə gedən yolun yaxınlığında, Kərpiczavod adlanan ərazidəki təpəlikdən yeni kəsilmiş insan ayağı tapılıb. Dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gedib.İlkin məlumata görə, orta yaşlı şəxsə məxsus olan insan ayağı hər hansı cinayətin qurbanına deyil, aşağı ətrafları amputasiya edilmiş şəxsə məxsusdur. Tapılmış ayağın üzərindəki qanqren əlamətləri əməliyyatçıları bu mülahizə üzərində də düşündürür.Faktla bağlı araşdırmalar davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM