Bakıda kişiləri zara gətirən qadınlar tutuldu

14:59 | 13.11.2014
Bakıda kişiləri zara gətirən qadınlar tutuldu

Bakıda kişiləri zara gətirən qadınlar tutuldu

Bakıda üçü qadın olmaqla cibgirliklə məşğul olan dəstə tutulub. 

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Cinayət Axtarış İdarəsi əməkdaşları tərəfidnnə həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri 1952-ci il təvəllüdlü Məleykə Şamilova, 1973-cü il təvəllüdlü Natəvan Şamilova, 1970-ci il təvəllüdlü Mətanət Şamilova və 1994-cü il təvəllüdlü Məcid Şamilov tutulublar.

Şübhəli şəxs M. Şamilovun üzərinə baxış zamanı 4,15 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, saxlanılan qadınların hamısı keçmiş məhbusdurlar. Onlar bir neçə dəfə həbsxanada olublar.

Faktla bağlı araşdırma aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM