Bakıda Koreya vətəndaşlarına hücum edildi

15:19 | 14.07.2014
Bakıda Koreya vətəndaşlarına hücum edildi

Bakıda Koreya vətəndaşlarına hücum edildi

Bakıda Koreya vətəndaşları qarət olunub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda baş verib.Belə ki, Koreya vətəndaşları San Sung Gugdan və Tun Tong Hyun hücuma məruz qalıblar. Onlardan 950 dollar, 600 manat və 3 ədəd telefonu quldurluq yolu ilə alınıb. Polis onları qarət edən şəxsin kimliyini müəyyən edib.Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, xarici vətəndaşları qarət edən Bakı şəhər sakini Təhməz Əliyevdir.Polis Təhməz Əliyevi saxlayıb.Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM