Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

12:20 | 19.08.2014
Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakıda 2 nəfər bıçaqlanıb. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, metron “Neftçilər” stansiyası yaxınlığında, Qara Qarayev prospektində 1990-cı il təvəllüdlü Bedjanov Hilal Hicran oğlu və 1993-cü il təvəllüdlü Əhmədov Xəyal Bayram oğlu bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

 

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində iş aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. 

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti