Bakıda lombarda basqın: yaralılar var

12:06 | 28.02.2014
Bakıda lombarda basqın: yaralılar var

Bakıda lombarda basqın: yaralılar var

Ötən gün saat 12:30 radələrində Bakıda lombarda soyuq silahlı basqın olub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxs Bakıxanov qəsəbəsi İ.Xəlilov küçəsində yerləşən lombarda daxil olub. O, əlindəki bıçaqla orada işləyən Bakı şəhər sakini Ülkər Teymurluya xəsarət yetirərək, pul və qızıl tələb edib.Qeyd edək ki, naməlum şəxs həmin vaxt Ü.Teymurluya köməyə gəlmiş, yaxınlıqdakı mağazada işləyən Natiq Əliyevə də xəsarət yetirərək qaçıb.Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yuriy Sergeyeviç Paşutkin Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.Araşdırmalar davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM