Bakıda maraqlı AKSİYA - Süpürgəçi qadınlara 8 mart hədiyyəsi

12:16 | 06.03.2015
Bakıda maraqlı AKSİYA - Süpürgəçi qadınlara 8 mart hədiyyəsi

Bakıda maraqlı AKSİYA - Süpürgəçi qadınlara 8 mart hədiyyəsi

Bu gün səhər saatlarında "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Bakıda, şəhərin müxtəlif yerlərində "Biz sizi unutmadıq - 3" adlı aksiya keçirib. 

Modern.az saytı xəbər verir ki, "Yeni Üfüq" İctimai Birliyinin üzvləri Bakının müxtəlif küçələrində şəhərin təmizlik işlərini həyata keçirən fədakar Azərbaycan qadınlarını təbrik ediblər. "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin üzvləri səhər çağlarında şəhərin fərqli yerlərində təmizlik işlərini həyata keçirən zəhmətkeş qadınlara öz səmimi təbriklərini çatdıraraq, onlara bayram hədiyyələri təqdim ediblər.

Birliyin sədri Sevinc Əzimbəyli deyib ki, "Biz Sizi unutmadıq” adlı aksiyanı üçüncü ildir ki, həyata keçirirlər. 
"Bizim əsas məqsədimiz 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar ana və bacılarımızı sevindirməklə onları unutmadığımızı bildirmək olub. Digər tərəfdən də imkanlı şəxsləri, cəmiyyəti əlamətdar günlərdə üzərimizdə hər zaman haqqı olan zəhmətkeş məmləkət insanlarını unutmamağa təşviq etməkdir”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM