Bakıda məktəb yolu ölüm saçır

12:43 | 27.11.2013
Bakıda məktəb yolu ölüm saçır

Bakıda məktəb yolu ölüm saçır

Bakı şəhərində yerləşən orta məktəbin şagirdləri hər gün ölümlə üz-üzə qalırlar. 

Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 251 saylı orta məktəbin qarşısındakı avtomobil yolu ölüm saçır. Avtomobil yolunda əvvəllər “yatan polis” yol maneəsi vardı. Lakin bir müddətdir həmin maneə götürüldüyündən avtomobillər sürətlə keçirlər. Məktəblilər yolu keçən zaman böyük təhlükə yaşayırlar.

Orta məktəbdən milli.az-a bildirilib ki, həmin ərazidə yol bir müddət əvvəl təmir olunub. Yolun asfaltı qaşınan zaman yol maneəsi də götürülüb. Hazırda təmir işləri başa çatmadığından yol maneəsi yerinə qoyulmayıb. Məktəb rəhbərliyi onu da əlavə etdi ki, məsələ ilə bağlı təmir işlərini aparan qurum məlumatlandırılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM