Bakıda müəllim arzusuna çatmaq üçün evini satdı - FOTOLAR

13:10 | 28.02.2014
Bakıda müəllim arzusuna çatmaq üçün evini satdı - FOTOLAR

Bakıda müəllim arzusuna çatmaq üçün evini satdı - FOTOLAR

Soydaşımız məşhur ixtiraçı Sikorski olmasa da, öz əlləri ilə helikopter hazırlayır. Bakı sakini Adil Salehovda modelçilik həvəsi uşaqlıq illərindən yaranıb. Öz arzusunu gerçəkləşdirmək üçün hətta paytaxtın komfortlu hissəsindəki mənzilini sataraq Keşlə qəsəbəsində həyət evi alıb.Milli.Az xəbər verir ki, ixtisasca riyaziyyat müəllimi olan Adil Salehovun dediyinə görə, helikopter hazırlamağa uşaqlıqdan marağı olsa da, vaxt məhdudiyyəti arzularını gerçəkləşdirməyə imkan vermirdi. Ancaq sonda ilk addımlarını atmaq qərarına gəlib.Onun sözlərinə görə, hazırladığı helikopter bir nəfərlikdir. Çəkisi 160 kq olan uçan aparatın mühərrikini də özü yığıb. Müxtəlif ölkələrdən detallar sifariş edərək əməyinin məhsulunu havaya qaldıracaq mühərrik hazırlayıb.“Bu yaxınlarda test edəcəyik. Helikopteri havaya qaldırmaq üçün yəqin ki, professional pilota müraciət edəcəyik. Ümid edirəm ki, əməyim boşa getməz”, - o əlavə edib.Adil Salehovun hazırladığı helikopter modelinin fotolarını təqdim edirik.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM