Bakıda məşhur şirkətə basqın: pullar aparıldı

10:18 | 04.07.2014
Bakıda məşhur şirkətə basqın: pullar aparıldı

Bakıda məşhur şirkətə basqın: pullar aparıldı

Bakıda məşhur şirkətə basqın olub. “Gilan-Aqro” MMC-nin ofisindən içərisində külli miqdarda pul olan seyf aparılıb.Cinayət ötən gecə saat 04 radələrində Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən Boks Federasiyasının binasında törədilib.Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, iki naməlum şəxs federasiyanın inzibati binasının ikinci mərtəbəsində yerləşən “Gilan-Aqro” şirkətinin mühafizəçisinə hücum edib. Mühafizəçi İntiqam Axundovu yaralayaraq əl-qolunu bağlayıblar. Sonra isə şirkətin mühasibatlıq otağına keçərək oradan içərisində 60000 manat, 4 000 dollar olan seyfi aparıblar. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM