Bakıda məşhur xəstəxana bağlandı

01:05 | 04.03.2014
Bakıda məşhur xəstəxana bağlandı

Bakıda məşhur xəstəxana bağlandı

Bakıda fəaliyyət göstərən Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası bağlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, ötən həftədən etibarən xəstəxana fəaliyyətini dayandırıb və orada xəstələrin qəbulu aparılmır. 

Onun sözlərinə görə, xəstəxananın işçi heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzində işlə təmin olunacaq: “Heyət işlə təmin olunmaq üçün imtahan verərək müvafiq prosedurdan keçir. Narahatçılığa heç bir əsas yoxdur. Xəstəxananın heyəti tam olaraq Bakı Sağlamlıq Mərkəzinə köçürüləcək”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM