Bakıda məşhur xəstəxananın bağlanma səbəbi bilindi

18:12 | 06.03.2014
Bakıda məşhur xəstəxananın bağlanma səbəbi bilindi

Bakıda məşhur xəstəxananın bağlanma səbəbi bilindi

Bir müddət əvvəl Bakıda Fuad Əfəndiyev adına 4 nömrəli xəstəxananın bağlanması haqda qərar çıxmışdı. 

ANN.Az məsələni aydınlaşdırmaq üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlidən açıqlama alıb. 

Anar Qədirli açıqlamasında bildirib:

"4 nömrəli klinik xəstəxananın bağlanmasına səbəb xəstəxana binasının başqa bir strukturun öhdəliyinə keçməsidir. Bu ərazidə başqa bir səhiyyə müəssisəsinin açılması planlaşdırılmır. Belə ki, Bakı şəhərinin baş planında bu ərazidə xəstəxananın fəaliyyət göstərməsi nəzərdə tutulmayıb. Onsuz da müəssisənin binası çox köhnəydi, orada çoxdan idi ki, təmir gedirdi.

Xəstəxananın kollektivi imtahanlardan və prosedurlardan keçəndən sonra Bakı Sağlamlıq Mərkəzinə yerləşdiriləcəklər".

Qədirli həmçinin bildirib ki, Bakı Sağlamlıq Mərkəzi böyük və müasir səhiyyə müəssisəsidir, o, 2014-cü ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisədə çalışacaq personal kimi, bir müddət əvvəl bağlanmış 1 nömrəli doğum evinin və 4 nömrəli klinik xəstəxananın işçi heyəti nəzərdə tutulub. 

Çinarə Quliyeva 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM