Bakıda NATO kursları açıldı

13:56 | 12.11.2014
Bakıda NATO kursları açıldı

Bakıda NATO kursları açıldı

 Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun Əməliyyat Planlaşdırma Prosesi" mövzusunda təlim kursu keçirilir.ANN.Az APA-ya istinadən xəbər verir ki, bu haqda məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Bildirilib ki, kursda Azərbaycan Silahlı Qüvvələrinin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, əməliyyatların keçirilməsi ilə bağlı bacarıqlarını təkmilləşdirəcəklər  Təlim zamanı NATO mütəxəssisləri tərəfindən əməliyyat planlaşdırma prosesi barədə dinləyicilərin məlumatlandırılması, strateji mühitin qiymətləndirilməsi, əməliyyat planının və müvafiq sənədlərin hazırlanması ilə bağlı məlumatların verilməsi nəzərdə tutulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM