Bakıda orta məktəbdə yanğın

09:44 | 01.04.2015
Bakıda orta məktəbdə yanğın

Bakıda orta məktəbdə yanğın

Bakıda orta məktəblərin birində yanğın olub. 

ANS PRESS-in verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbində qeydə alınıb.

Məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyü alışıb. Nəticədə qazanxananın ətrafına yığılmış məişət tullantıları da yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın gedib.

Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.

Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM