Bakıda partiya sədrinin yaxın qohumunu öldürdülər

16:19 | 16.07.2014
Bakıda partiya sədrinin yaxın qohumunu öldürdülər

Bakıda partiya sədrinin yaxın qohumunu öldürdülər

Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyul ayının 12-də gecə saat 04:00-da Biləcəri qəsəbəsində ölümlə nəticələnən dava baş verib.1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində 1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovu vurub. Samur Həsənov əvvəlcə Fərid Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı Şəhriyar Həsənovu bıçaqlayıb.Aktual.az xəbər verir ki, öldürülən Fərid Həsənov və yaralanan Şəhriyar Həsənov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin yaxın qohumudur.Partiya sədri Əli Əliyev Aktual.az-a açıqlamasında Həsənov qardaşlarının onun yaxın qohumu olduğunu təsdiqləyib. Partiya sədri geniş açıqlama vermək istəməyib.Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM