Bakıda partlayış

11:00 | 11.01.2015
Bakıda partlayış

Bakıda partlayış

Bakıda mənzildə partlayış olub.    FHN saytı  xəbər verir ki, yanğınla nəticələnən partalyış şəhərin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan iki otaqlı mənzildə baş verib. 


Nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m, eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 20 kv.m) yanıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb. 


Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar  müvafiq  qurumlar  tərəfindən  təhqiqat  aparılır. 


Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM