Bakıda polis rəisinin maşını dəhşətli qəzaya düşdü: ölən var

10:41 | 24.11.2014
Bakıda polis rəisinin maşını dəhşətli qəzaya düşdü: ölən var

Bakıda polis rəisinin maşını dəhşətli qəzaya düşdü: ölən var

Polis Bölməsinin rəisinin sürücüsü qəzada dünyasını dəyişib

Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Qaradağ rayonu ərazisində, Sahil qəsəbəsini Bakı-Ələt magistralına birləşdirən hissədə polis baş serjantı, 1977-ci il təvəllüdlü Mürsəlov Rüstəm Eldar oğlunun idarə etdiyi 90 AP 050 nömrə nişanlı "Kia Sportage" markalı avtomobil "Daf" markalı qoşqulu yük avtomobilinə çırpılıb. Nəticədə R.Mürsəlov ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib. Lent.az-ın verdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Qaradağ rayon Polis İdarəsi, 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin xidməti avtomobili olub. Qəzada dünyasını dəyişən R.Mürsəlov isə polis baş serjantıdır və bölmə rəisi T.Paşayevin sürücüsü olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Qeyd edək ki, qəzaya səbəb kimi yağmurla hava şəraitində sürət həddinin və ara məsafəsinin düzgün seçilməməsi göstərilir.ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb