Bakıda polisi amansızlıqla öldürdülər

11:23 | 16.11.2013
Bakıda polisi amansızlıqla öldürdülər

Bakıda polisi amansızlıqla öldürdülər

Gecə Bakı şəhərinin Xətai rayon ərazisində qətl hadisəsi törədilib. 

Lent.az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Neapol prospekti, 43 ünvanında yerləşən liseyin 2 saylı yataqxanasının həyətindən 1978-ci il təvəllüdlü Həsənov Rəşad Nurəddin oğlunun cəsədi tapılıb. İlkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlə aşkarlanıb. Qətlin kim tərəfindən hansı şəraitdə və nə səbəbdən törədilməsi məlum deyil.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, R. Həsənov polis serjantıdır. O, Sabunçu rayon mühafizə şöbəsində çalışırmış. Qətlə yetirilmiş 35 yaşlı polis əməkdaşının iki uşağı qalıb.

 

Faktla əlaqədar cinayət işi açılıb. Əməliyyat axtarış tədbirləri həyata keçirilir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM