Bakıda qadın davası: iki nəfər xəstəxanalıq oldu

13:02 | 05.03.2014
Bakıda qadın davası: iki nəfər xəstəxanalıq oldu

Bakıda qadın davası: iki nəfər xəstəxanalıq oldu

Ötən gün Bakının Binəqədi rayonu ərasində qonşular arasında dava düşüb. Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən ANS PRESS-ə verilən əmlumata görə, hadisə saat 11 radələrində 8-ci mikrorayon Məmmədov küçəsində yaşayan sakinlər arasında baş verib.Maraqlı orasındadır ki, dava salanlar qonşu qadınlardı. Həm də, ən maraqlısı, dalaşan qadınların arasındakı yaş fərqidir. Belə ki, dalaşanlar 56 yaşlı Nailə Əhmədova və 70 yaşlı Məlahət Əliyevadı. Onlar qapıqonşudurlar. Lakin qonşular həmişə bir-birilərilə yola getməyiblər. Onların arasında daim mübahisə olub. Sonuncu dəfə isə yaşlı qadın ondan kiçik qonşusuna yol vermədiyi üçün mübahisə düşüb.Dava nəticəsində hər iki qadın xəstəxanalıq olub. 70 yaşlı qadının isə vəziyyəti nisbətən ağırdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM