Bakıda Qafqazın ilk elm festivalı keçiriləcək

16:12 | 30.06.2014
Bakıda Qafqazın ilk elm festivalı keçiriləcək

Bakıda Qafqazın ilk elm festivalı keçiriləcək

Bu gün AMEA Rəyasət Heyətinin böyük konfrans zalında ümumi yığıncağı keçirilib. 
Modern.az xəbər verir ki, yığıncaqda bir sıra vacib qərarlar qəbul olunub. AMEA prezidenti akademik Akif Əlizadə bildirib ki, sentyabrda Bakıda Qafqazın ilk elm festivalının keçiriləcək.
Qeyd edək ki, bu dəqiqələrdə AMEA-da akademiya üzviliyinə seçkilər davam edir.
AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb. Modern.az xəbər verir ki, AMEA-nın həqiqi üzvlüyünə 21, müxbir üzvlüyünə isə 53 vakant yer var.
Hazırda akademiyanın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə səsvermə aparılır.
Seçkilərin nəticələri yaxın saatlarda məlum olacaq.
Ümumi Yığıncaqda elmi qurumun yeni nizamnaməsi qəbul olunub. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyanın yeni Nizamnaməsinin layihəsi haqqında məlumat verəndən sonra sənədin layihəsi ümumi yığıncaq tərəfindən bəyənilib və müvafiq qərarla qəbul edilib.
Yeni nizamnamə elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir.
Bundan başqa, AMRA-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutunun yaradılması təsdiq olunub.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM