Bakıda qeyri-adi aksiya olacaq

22:06 | 17.07.2014
Bakıda qeyri-adi aksiya olacaq

Bakıda qeyri-adi aksiya olacaq

Bakıda maraqlı aksiya keçiriləcək. ANS PRESS-in məlumatına görə, şəhərin mərkəzində keçiriləcək aksiya çayla bağlıdır. Belə ki, şəhərin mərkəzi küçələrindəki kafelərdə çay içməyin həddindən artıq baha olduğunu düşünən bir qrup insan şəhərdə pulsuz çay dəsgahı quracaq. Bu barədə elan artıq sosial şəbəkələrdə yayılıb. "Şəhərdə oturub çay içmək yemək yeməkdən baha başa gəlir. Xüsusilə bulvarda. Bir də istəmədiyimiz halda gətirib mürəbbə, şirniyyat da qoyurlar". Bu məsələni qabartmaq məqsədilə 19 iyul saat 21:30-da hərə özü ilə bir termos və bir neçə stəkan gətirib əvvəl bulvardakı "Mirvari" kafesinin yanında, sonra növbə ilə digər kafelərin yanında çay dəsgahı quraacaq. Hətta ordan keçən digər vətəndaşlara da çay süzüb paylanacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM