Bakıda QİÇS virusunu qəsdən yayırlar? - FOTOLAR

11:29 | 10.01.2014
Bakıda QİÇS virusunu qəsdən yayırlar? - FOTOLAR

Bakıda QİÇS virusunu qəsdən yayırlar? - FOTOLAR

Yəqin ki, hamımız ən az bir dəfə internetdə yayılan məlumatların düzgünlüyünü araşdırmağa çalışmışıq. ANN.Az redaksiyası bu günlərdə sosial şəbəkələrdə yayımlanmış məlumatlardan birini dəqiqləşdirmək qərarına gəlib.

"Facebook" sosial şəbəkəsində dəfələrlə paylaşılan bir məktubda deyilirdi ki, QİÇS xəstəliyinə yoluxmuş insanlar  bir növ “təşkilatlanıb”, sağlam insanlara zərər verməyə çalışırlar. Onlar şəhərin müxtəif iaşə obyektlərini, xüsusilə kinoteatr və bankomatları hədəf obyektinə çevirərək oturacaqlarda və bankomatlarda virusa yoluxdurulmuş iynələr yerləşdirirlər. Bununla da heç nədən xəbərsiz olan insanlar QİÇS virusuna yoluxmuş olurlar. Onlar “qurbanlarından”, yəni sadə insanlardan bir növ qisas almağa çalışırlar. 

Məsələ ilə bağlı Respublika QİÇS ilə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədovaya müraciət etdik. Xanım Alməmmədova bu cür məlumatların əsassız olduğunu, yalnız etibarlı mənbələrə inanmaq lazım olduğunu bildirib: “Bu cür məlumatlar tamamilə əsassızdır. Bu söhbətlərin 20-30 ildən çox tarixi var. Hətta bu sözləri vərəm xəstələrinə də ünvanlayırlar. Reallıqda isə bizə heç vaxt bu cür məlumatlarla müraciət edilməyib. İnsanlar bilməlidirlər ki, QİÇS virusu xarici mühitə davamlı virus deyil. İnsanlar bu virusa, əsasən, narkotik vasitələrdən istifadə və virusa yoluxmuş insanla cinsi əlaqə zamanı yoluxurlar. İnsanları məlumatlandırmaq lazımdır ki, hər kəs gəlib Respublika QİÇS ilə Mübarizə Mərkəzində HİV virusuna pulsuz müayindən keçsinlər. Bu müayinələrin cavabından asılı olmayaraq bütün məlumatların məxfiliyinə tam zəmanət verilir“.

Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, Azərbaycanda ümumilikdə ilk dəfə İİV virusunun aşkar edildiyi 1987-ci ildən bu günədək 4171 nəfər xəstə rəsmi qeydiyyatdan keçib. Onlardan 4027-si azərbaycanlı,144 nəfəri isə əcnəbi vətəndaşlardır. İİV virusunun daşıyıcısı olan 2326 nəfər (59%) inyeksiyon şəkildə narkotik maddələrin bədənə yeridilməsi yolu ilə bu virusa yoluxublar.

Qeyd: Sosial şəbəkədə yayılmış mətni sizə şəkil qismində təqdim edirik.

Cəmilə İbrahimova

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM