Bakıda Rusiya vətəndaşı tutuldu

15:11 | 31.07.2014
Bakıda Rusiya vətəndaşı tutuldu

Bakıda Rusiya vətəndaşı tutuldu

Bakıda Rusiya Federasiyasının vətəndaşı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, ötən gün saat 13 radələrində Nərimanov rayonu ərazisində yerləşən valyutadəyişmə məntəqəsinə gəlmiş naməlum şəxs orada işləyən Bakı şəhər sakini Elşad Cəfərquliyevə 24000 rubl verib 518 manat 40 qəpik pul alaraq oranı tərk edib. Sonradan həmin pulların saxta olması müəyyən edilib.
Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən hadisəni törətmiş Rusiya Federasiyası vətəndaşı Hüseyn Hüseynli tutulub.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM