Bakıda şadlıq evinə basqın

11:50 | 08.07.2014
Bakıda şadlıq evinə basqın

Bakıda şadlıq evinə basqın

Ötən gecə Binəqədi şossesində yerləşən şadlıq saraylarının biri qarət olunub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, obyektin inzibatçısı Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb.Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən şəxs tutulub.Belə ki, saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulublar.Onlardan oğurladıqları pulun 1500 manat maddi sübut kimi götürülüb.Faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM