Bakıda sakinlərinə sürpriz

14:23 | 06.11.2014
Bakıda sakinlərinə sürpriz

Bakıda sakinlərinə sürpriz

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Dövlət Bayrağı günü münasibətilə bir neçə tədbir keçirəcək. İdarənin mətbuat xidmətindən ANS PRESS- verilən xəbərə görə, noyabrın 8-də Musiqili Komediya Teatrında internat məktəbində təhsil alan uşaqlar üçün konsert təşkil olunacaq.Bundan başqa, noyabrın 9-da səhər saatlarında Dövlət Bayraq Meydanı vətəndaşların üzünə açılacaq. İdarədə “Mən azərbaycanlıyam!” adlı tədbir keçiriləcək. Tədbirdə saat 10:00-da respublikanın bütün güc strukturlarının əməkdaşalrı ilə birlikdə bayrağımız qaldırılacaq.Daha sorna Bayraq Meydanından Heydər Əliyev Mərkəzinə və geriyə veloyürüş keçiriləcək.Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür