Bakıda sərnişin avtobusu qəza törətdi: 2 ölü, çox sayda yaralı

16:00 | 23.10.2014
Bakıda sərnişin avtobusu qəza törətdi: 2 ölü, çox sayda yaralı

Bakıda sərnişin avtobusu qəza törətdi: 2 ölü, çox sayda yaralı

Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb.
 
Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.
 
 
***
 
15:25
 
Bakıda avtobus qəzası baş verib.
 
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb. Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb. Nəticədə xeyli sayda sərnişin xəsarət alıb.
 
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər salan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
 
Hazırda yol polisi hadisə yerində araşdırma aparır.
APA
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür