Bakıda “Şeytan çarxı”nın açılışı oldu

11:11 | 10.03.2014
Bakıda “Şeytan çarxı”nın açılışı oldu

Bakıda “Şeytan çarxı”nın açılışı oldu

Mərasimdə Azərbaycanın prezidenti İlham Əliyev iştirak edir.Bu dəqiqlərdə Sahilyanı parkda yeni “şeytan çarxı”nın açılış mərasimi keçirilir.Haqqın.az bildirir ki, açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edir.Xatırladaq ki, attraksionu Hollandiya şirkəti Dutch Wheel quraşdırıb.O, 28 adi və adilərdən bir az fərqlənən daha rahat oturacaqlarla və stolla təmin edilmiş 4 VİP kabinədən ibarətdir. Bu VİP kabinələrdə 8 yox, 4 sərnişin otura bilər. Attraksionda eyni vaxtda cəmi 240 sərnişin yerləşir.Yeni attraksionun biletinin qiyməti 5 manatdan yüksək olmayacaq. Yeni “şeytan çarxı”nın diametri 60 metrdir, o, köhnə attraksiondan 3 dəfə iridir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM