Bakıda sürücülərlə bağlı 368 min inzibati protokol tərtib edilib

13:56 | 06.05.2015
Bakıda sürücülərlə bağlı 368 min inzibati protokol tərtib edilib

Bakıda sürücülərlə bağlı 368 min inzibati protokol tərtib edilib

Bakıda 2015-ci ilin ilk dörd ayı ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı 290 183 inzibati protokol tərtib olunub. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Protokolların 5 871-i sərxoş, 954-ü yol polislərinə tabe olmayan, 5 123-ü hərəkətini qırmızı işıqda davam etdirən, 3 165-i sürət həddini aşan, 297-si avtoxuliqanlıq edən, 1 331-i avtomobili sənədsiz idarə edən, 56 242-si isə yol ayrıcına düzgün daxil olmayan sürücülər barəsində yazılıb.

Bundan əlavə, dörd ay ərzində Bakı Şəhəri üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən quraşdırılan Mərkəzi Məlumat Xidmətinin (MMX) radar və kameraları vasitəsi ilə avtomatik olaraq 78 112 sürücü barəsində müxtəlif yol hərəkəti qaydalarını pozduqlarına görə inzibati protokol tərtib olunub.

Bu ilin ilk dörd ayında Bakı şəhərində sürücülərlə bağlı ümumilikdə 368 295 inzibati protokol tərtib edilib.

Hesabat dövründə yol hərəkəti qaydalarını pozan yeraltı və yerüstü piyada keçidlərindən istifadə etməyən 36 mindən artıq piyada da inzibati qaydada (20 manat məbləğində) cərimələnib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM