Bakıda sulu qar yağacaq

13:18 | 02.12.2013
Bakıda sulu qar yağacaq

Bakıda sulu qar yağacaq

Dekabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi, axşama doğru şiddətlənəcəyi gözlənilir. Axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Havanın temperaturunun gecə 6-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 3-də səhər havanın qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM