Bakıda taksilər qiyməti qaldırdı

17:29 | 13.01.2015
Bakıda taksilər qiyməti qaldırdı

Bakıda taksilər qiyməti qaldırdı

Xəbər verdiyimiz kimi, dünən gecədən etibarən Azərbaycanda benzin və dizel yanacağının qiymətini bahalaşıb.

Qiymət artımı səhər saatlarından artıq özünü göstərməyə başlayıb. Belə ki, bəzi taksi sürücüləri benzinin bahalaşmasından süni istifadə edərək gediş haqqını qaldırıblar. Onlar bunu benzinin qiymətinin bahalaşması ilə əlaqələndiriblər.

Ümumilikdə paytaxtda apardığımız müşahidələr də onu göstərdi ki, artıq taksilər gediş haqqını qaldırıblar. Taksilərin təklif etdikləri qiymətlər ötən günlərlə müqayisədə 1, 2 manat bahadır.

İqtisadçı Vüqar Bayramov da AzVision.az-a açıqlamasında taksilərin gediş haqqını qaldırmasını təsdiqləyib:

"Benzinin qiymətinin artmasından istifadə etməyə çalışanlar var. Belə ki, bu gün səhərdən etibarən bəzi işbazlar qiymətləri süni şəkildə artırıblar. Bu gündən taksilərin gediş haqqını artırmaları müşahidə olunur”-deyə Vüqar Bayramov bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM