Bakıda Türkiyə universitetlərinə sənəd qəbulu və tanıtım günləri keçiriləcək

18:09 | 15.08.2014
Bakıda Türkiyə universitetlərinə sənəd qəbulu və tanıtım günləri keçiriləcək

Bakıda Türkiyə universitetlərinə sənəd qəbulu və tanıtım günləri keçiriləcək

Bakıda Türkiyə uyniversitetlərinə sənəd qəbulu və tanıtım günləri keçiriləcək. “Akademi Group” Xaricdə Təhsil Mərkəzi 16-17 avqustda saat 12:00-dan 17:00- dək Türkiyə universitetlərinə sənəd qəbulu və tanıtım günləri keçirəcək. 

Hilton hotelində baş tutacaq tanıtım günlərində abiturientlər universitetlərə birbaşa müraciət edə biləcəklər. Bu 2 gün ərzində valideyinlərə və abiturientlərə Türkiyə universitetlərinin nümayəndələri ilə birbaşa görüşmək imkanı və maraqlandıran suallara cavab almaq şansı veriləcək. Bundan əlavə elə həmin gün universitetlərə sənədləri təqdim etmək imkanı yaranacaq. Qeyd edə ki, tanıtım günləri çərçivəsində Türkiyədə təhsilin üstünlükləri, qiymətlər və yaşayış xərcləri ilə də bağlı geniş məlumat veriləcək. Sərgiyə qeydiyyat Akademi.az saytında aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM