Bakıda tıxaclara ağır zərbə

14:54 | 28.02.2014
Bakıda tıxaclara ağır zərbə

Bakıda tıxaclara ağır zərbə

Bakıda dayanma, durma, eləcə də parklama qaydalarının pozulmasına qarşı təsirli tədbirlər davam edir. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, reydlər paytaxtın bütün ərazilərində təşkil olunub.“S.Vurğun, R.Behbudov, K.Səfərəliyeva, R.Rza, Azərbaycan, Xəqani, Niyazi və digər küçələrində quraşdırılan, dayanmanı, durmanı və parklanmanı qadağan edən nişanın təsir zonasında dayandırılan avtomobil sürücülərinə qarşı tədbirləri davam etdirir. Ötən gün əməkdaşlarımız tərəfindən 300-ə yaxın inzibati protokol tərtib edilib”, - deyə V.Əsədov bildirib.Onun sözlərinə görə, hazırda evakuatorların köməyi ilə 16 avtomobil müvəqqəti mühafizə olunan dayanacağa aparılıb. Sürücüləri yanında olan avtomobillərə, xüsusilə taksi fəaliyyəti ilə məşğul olan 32 sürücüyə inzibati qaydada protokol tərtib edilib. Eləcə də patrul avtomobillərində olan cihaz vasitəsilə də 40-a yaxın avtomobil sürücüsü barəsində tədbir görülməsi üçün fotomaterial hazırlanaraq avtomobilin qabaq şüşəsinə yerləşdirilib.Vaqif Əsədov onu da əlavə edib ki, reydlər zamanı qanun pozan sürücülərin heç birinə güzəşt olunmayacaq: “Vəzifəsindən, səlahiyyətindən asılı olmayaraq, qayda pozan sürücülərin hər biri qanun çərçivəsində cəzalandırılacaq. Bu səbəbdən bütün sürücülərə diqqətli olmağı məsləhət bilirəm”.Yol polisi əminliklə deyir ki, bu reydlər paytaxtdakı tıxaclara böyük zərbə olacaq. Bununla da. Paytaxt yollarındaavtomobillərin hərəkəti rahatlaşacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM