Bakıda unikal aksiya – FOTO

13:42 | 07.11.2014
Bakıda unikal aksiya – FOTO

Bakıda unikal aksiya – FOTO

Bu gün Bakıdakı orta məktəblərin birində unikal aksiya keçirilib. 

Şagirdlərin valideynləri məktəbə gələrək, kitab oxumağa başlayıblar.

 ANN.Az AzNews.az-a istinadən bildirib ki, bu barədə məlumatı  “Əli və Nino” Kitab Mağazaları Şəbəkəsinin rəhbəri Nigar Köçərli verib. Onun sözlərinə gözə, Avropa-Azərbaycan məktəbində gerçəkləşən bu aksiya şagirdlərdə kitaba olan marağı artırmağa hesablanıb: “Bu məktəbdə bir müddətdir ki, şagirdlərin kitaba marağı artırmaq üçün müxtəlif aksiyalar keçirilir. Məsələn, vaxtaşırı kitab həftəsi edib, şagirdlərə 40 dəqiqə kitab oxutdururlar. Bu dəfə isə valideynləri həmin prosesə qoşublar. Çox maraqlı alındı. Bu, şagirdlərin özləri üçün də sürpriz idi”. 

N. Köçərli əlavə edib ki, başqa orta məktəblərin də bu prosesə başlaması vacibdir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM