Bakıda universitetdə müəllim öldü

13:58 | 19.02.2014
Bakıda universitetdə müəllim öldü

Bakıda universitetdə müəllim öldü

Bakıda universitetdə ölüm hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, müəllimi dərs zamanı dünyasını dəyişib. Hadisə bu gün saat 12:44-da baş verib.Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru 75 yaşlı Ağahüseyn Həsənovun dərs zamanı qəfildən vəziyyəti pisləşib. Hadisə yerinə dərhal təcili yardım çağırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq 75 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb.Səbail rayon Polis İdarəsin 39-cu polis bölməsindən ANS PRESS-ə verilən əmlumata görə, məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqaları, prokuror əməkdaşları yollanıb. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır. Qeyd edək ki, hadisə Pedaqoji Universitetin Ü.Hacıbəyov küçəsi 34 ünvanında baş verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM