Bakıda “Xatirə estafeti” keçiriləcək

12:36 | 11.03.2015
Bakıda “Xatirə estafeti” keçiriləcək

Bakıda “Xatirə estafeti” keçiriləcək

Minskdə Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr olunmuş beynəlxalq "Xatirə estafeti” start götürür. 

Tədbir Federasiyanın spikeri Valentina Matviyenkonun başçılığı altında keçiriləcək, aksiyada MDB ölkələrinin parlamentləri iştirak edəcək, parlamentin ali palatasının mətbuat xidməti xəbər verir.

Matviyenkonun başçılıq etdiyi MDB ölkələrinin parlamentlərarası Assambleyasının nümayəndə heyətinin üzvləri, Birliyin ölkələrinin paytaxtlarına səfər edəcək, Böyük Vətən Müharibəsinin qəhrəmanlarının şərəfinə ucaldılmış abidələri ziyarət edəcək, veteran və gənclərlə görüşəcəklər.

Oxu.Az-ın məlumatına görə, RİA Novosti-yə bu barədə Federasiya Şurasının mətbuat xidmətindən xəbər veriblər.

"MDB ölkələrinin əsrlik müştərək tarixi mövcuddur, burada önəmli hadisələr yer alır, amma Böyük Vətən Müharibəsi qələbəsi xüsusi yerə malikdir. Vətənin müdafiəsinə bütün millətlərin nümayəndələri, SSRİ respublikalarının vətəndaşları qalxdı və biz qalib gəldik”, - Matviyenko deyib.

Minskdən başqa "Xatirə estafeti”, Bakı, Kişinyov, İrəvan, Bişkek, Düşənbə, Moskva və Astanada keçiriləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM