Bakıda yaşayış binasında yanğın - FOTO

09:01 | 24.04.2014
Bakıda yaşayış binasında yanğın - FOTO

Bakıda yaşayış binasında yanğın - FOTO

 Dünən axşam saatlarında Bakının Nərimanov rayonunda yanğın olub.APA-nın məlumatına görə, Atatürk prospektində yerləşən yaşayış binasının ikinci mərtəbəsində mənzil yanıb. Bina sakinləri hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzilə alovun qarşısını alıblar. Mənzildə tüstüdən zəhərlənən azyaşlı aşkarlanıb. O, yanğınsöndürənlər tərəfindən xilas edilib və xəstəxanaya göndərilib. Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, kondisioner, 2 kv.m sahədə mebel dəsti, 1 kv.m sahədə pəncərə çərçivəsi yanıb və yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 3 kv.m sahədə əriyib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti