Bakıda yeni evlənən cütlük dəm qazından boğuldu

12:17 | 05.12.2013
Bakıda yeni evlənən cütlük dəm qazından boğuldu

Bakıda yeni evlənən cütlük dəm qazından boğuldu

Azərbaycanda dəm qazı daha bir faciəyə səbəb olub.APA-nın məlumatına görə, hadisə Novxanı bağlarında qeydə alınıb.Orada yaşayan Musa Məmmədov və arvadı Palmira Məmmədova dəm qazından boğularaq ölüblər.Qeyd edək ki, ötən gün Bakının Xətai rayonunda da ər və arvad dəm qazından zəhərlənərək ölüb. Rayonun Naximov küçəsi-69 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Tural Feyrulla oğlu Verdiyev və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şahnaz Sadiq qızı Məhərrəmova dəm qazından zəhərlənərək ölüb.Hər iki faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM