Bu gün saat 08:20 radələrində Bakının Xətai rayonunda “Kamaz” markalı yük avtomobili yerin çökməsi nəticəsində yarıya qədər torpağa batıb.
ANN.Az “Report”a istinadən verdiyi xəbərə görə, Gəncə prospekti-103 ünvanında yerləşən binanın arxasında baş verən hadisə zamanı yük avtomobili mişar daşı ilə dolu olub. Sürücü xəsarət almayıb. Çökmənin hansı səbəblərdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !